Taxta aləmi

WoodMet şirkəti öz məhsullarında kimyəvi qatqılardan istifadə etmədən taxta qurutma sahəsində ən son texnologiyaya malik və Azərbaycanda yeganə olaraq mövcud olan, tam onlayn sistemi ilə nəzarət olunan SECAL buxarla qurutma avadanlığında qurudulmuş və ekoloji təmiz taxta materiallarından istifadə edir.
Şirkətimiz taxta qurutma avadanlığı üzrə dünya bazarında liderlərdən biri olan SECAL (www.secalsrl.com) şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamış və fabrikamızın ərazisində yüksək standartlara cavab verən qurutma avadanlığı quraşdırılmışdır. Bu isə bazara yüksək keyfiyyət normalarına cavab verən, avropa standartlarına uyğun məhsul təqdim etməyə imkan verir. SECAL müxtəlif tipli qurutma, buxarlama və fitosanitar emal kameraları və s. kimi qurutma avadanlığı istehsalında ixtisaslaşan İtaliya şirkətidir.
1995-ci ildə Trevizo əyalətinin Resana şəhərində yaradılan şirkət, bu gün taxta qurutma avadanlığı üzrə dünya bazarında liderdir. Bü gün SECAL markası keyfiyyət sinonimi deməkdir- bü isə uzun illər ərzində daim texnoloji inkişafa nail olmaq, məhsullarının keyfiyyəti və innovasiyalılığı uğrunda daim araşdırmalar və yeniliklər etmək hesabınadır.

•WoodMet tətbiq etdiyi ən son texnologiyalarla keyfiyyətli taxta məhsulları istehsalı üzrə ölkəmizin qabaqcıl və bir nömrəli təchizatçısına çevrilmişdir.
•WoodMet markası texnoloji inkişaf yolu ilə əldə edilmiş nəticə və hər bir komponentə tətbiq olunan davamlı araşdırma ilə KEYFİYYƏT anlayışının sinonimidir.
•WoodMet möhkəm taxta mebeli sahəsində professional bir müəssisəyə çevrilmişdir.
•Taxtanın mövcud olduğu gözəl materialı maddi “FORMA”ya çevirmək şirkətimizin amalıdır.
•Təbiət və həyat sevgisi, həyat keyfiyyətinin yaxşılaşdırılması üçün sənətkarlıq bacarığını və dəyərlərini qabaqcıl texnologiya ilə birləşdirmək, DİZAYN, XÜSUSİ, UNİKAL VƏ KREATİV BİR MƏKAN YARATMAQ ŞİRKƏTİMİZİN NƏBZİNİ MÜƏYYƏN EDİR.

Mobirise

Hər zaman alıcılarımızı məhsullarımızla sevindirmək imkanımız daha genişlənir.

Əlaqə 

 Əliağa Vahid 233 

Azərbaycan, Masazır qəsəbəsi

info@woodmet.az

+994 (77) 622 54 55

Şirkətimiz 2020-ci ildən istehsal sahəsində fəaliyyət göstərir.

Haqqımızda

Metal və taxta məhsullarının dizayna uyğun yerində quraşdırılması və açıq hava reklamı sahəsində fəaliyyət göstərən bir studiyadır.