Xidmətlərimiz

WoodMet metal və taxta məhsullarının istehsalı müəssisəsi geniş makina parkına məxsus olaraq ən son texnologiya yeniliklərini tətbiq etməklə küçə və parkları işıqlandırmaq üçün işıq dirəkləri və led işıqlandırma qurğuları, küçə, park, ev mebeli, perqolalar və mühəndis həlləri tələb edən müxtəlif konstruktiv elementlər istehsalı üzrə ixtisaslaşan professional bir müəssisədir. İstehsalat və çatdırılma imkanlarımız əməkdaşlığımızın sərhədlərini genişləndirir və istehsal olunan məhsulların regionun hər bir yerinə çatdırılmasını və quraşdırılmasını təmin edirik. Müəssisəmizin istehsalat və texnoloji imkanları bizə imkan verir ki, aşağıda göstərilən metal və taxta məmulatlarını ən yüksək keyfiyyətlə istehsal edək və müştərilərimizə çatdıraq:

• Metal inşaat konstruksiyaları
• Kreativ hasarlar və məhəccərlər
• Müxtəlif çeşidli metal və taxta qapılar
• Şkaflar
• Stellajlar
• Pilləkənlər
• Taxtadan kreativ mebellər
• Metal və taxtadan stol və stullar
• Bəzəklərin müxtəlif elementləri
• Daxili və açıq məkan üçün işıqlandırma məhsulları
• İşıq dirəkləri
• Led işıqlandırma məhsulları
• Bağ- park fonarları
• Bollardlar
• Baryerlər

Biz bütün növ mürəkkəb işlərin həyata keçirilməsinə hazırıq. Bunun üçün istehsalat müəssisəmizin hər bir sahəsində mövcud olan yüksək peşəkarlığa malik mütəxəssislərimiz, müasir yüksək texnologiyalı avadanlıqlarımız və əməyimizin nəticəsinə olan məsuliyyətimiz mövcuddur. WoodMet MMC ev, ofislər üçün indivudal işıqlandırma məhsulları, küçə, bağ və parklar üçün işıq dirəkləri və işıqlandırma qurğuları, bollardların istehsalını həyata keçirir. Həmin işıqlandırma qurğularına növündən asılı olaraq 2 ildən 5 ilə qədər zəmanət verilir. İnnovasiyalara edilən daimi investisiyalar küçə və böyük ərazilərin işıqlandırılması üçün dizayn edilən güclü və dözümlü LED modulların istehsalına şərait yaradır. Peşəkarlıqla yerinə yetirilmiş işıqlanma hesabatı optimal işıq həllini təklif etməyə imkan verir ki, bu da komfortlu və təhlükəsiz mühitin yaradılmasına şərait yaradır. Göstərilən nəticələrin mümkünlüyü küçə, park və memarlıq işıqlanma texnikası sahəsində ən çətin məqsədləri həll edə bilən və peşəkarlar ştatına mailk olan işıq texnikası layihələndirilməsi Departamentinin səyləri nəticəsində mümkün olur. WoodMet işıqlanma məhsulları öz etibarlılığı ilə fərqlənir və stabil olmayan gərginlikdən qorunmaq üçün eksklüziv müdafiə texnologiyasına malik Advanced EOS Protection System və VOC FREE sistemini tətbiq etdiyi üçün qurğuların sıradan çıxmasına görə öz rəqibləri ilə müqayisədə ən aşağı faizə malikdir (ildə 0,2%-dən aşağı).
Həmçinin, taxta qurutma avadanlığı üzrə dünya bazarında liderlərdən biri olan SECAL (www.secalsrl.com) şirkəti tərəfindən fabrikamızın ərazisində yüksək standartlara cavab verən və ən son texnologiya ilə çalışan qurutma kabinləri quraşdırılmışdır. Bu isə bazara yüksək keyfiyyət normalarına cavab verən, avropa standartlarına uyğun məhsul təqdim etməyə imkan verir.
Bü gün Adpro markası keyfiyyət sinonimi deməkdir - bu isə uzun illər ərzində daim texnoloji inkişafa nail olmaq, məhsullarının keyfiyyəti və innovasiyalılığı uğrunda daim araşdırmalar və yeniliklər etmək hesabınadır.

Mobirise

Hər zaman alıcılarımızı məhsullarımızla sevindirmək imkanımız daha genişlənir.

Əlaqə 

 Əliağa Vahid 233 

Azərbaycan, Masazır qəsəbəsi

info@woodmet.az

+994 (77) 622 54 55

Şirkətimiz 2020-ci ildən istehsal sahəsində fəaliyyət göstərir.

Haqqımızda

Metal və taxta məhsullarının dizayna uyğun yerində quraşdırılması və açıq hava reklamı sahəsində fəaliyyət göstərən bir studiyadır.